Azərbaycanda elm adamlarının stimullaşdırılması büdcə vəsaiti hesabına həyata keçirilməyəcək

Azərbaycanda elm adamlarının stimullaşdırılması büdcə vəsaiti hesabına həyata keçirilməyəcək
# 22 fevral 2013 07:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, artıq MM-də “Elm haqqında” qanunun müzakirələri başlayıb. Dünən işçi qrup səviyyəsində ilkin müzakirələr keçirilib. Gələn həftə qanun layihəsi Elm və təhsil komitəsində müzakirə edildikdən sonra parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılacaq: “Qanun layihəsinin fərqli xüsusiyyəti ondan ibarətdir ki, elm adamlarının stimullaşdırılması tədbirlərinin həyata keçirilməsi büdcə vəsaitləri hesabına deyil, universitetlərin və elmi təşkilatların öz vəsaitləri hesabına olacaq. Sadəcə, bunun üçün hüquqi baza yaratmaq lazımdır. Qanun elm adamlarına çox ciddi stimul yaradacaq. Qanun bu səpkidə ilk dəfədir ki, müzakirəyə çıxarılır. Vaxtilə ötən əsrin 90-cı illərində belə layihə olub. Amma bir neçə müzakirədən sonra geri qaytarılıb”.


Komitə sədri deyib ki, qanunda həvəsləndirmə tədbirlərindən lazımi dərəcədə istifadə olunub: “Elə mexanizmlər nəzərdə tutmuşuq ki, bu, büdcəyə əlavə yük olmasın, amma alimlər və elmi fəaliyyətlə məşğul olan insanlar üçün ciddi stimul yaratsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR