AGBI indeksi 0,03%, ACBDI indeksi 0,01%, AMFBI indeksi 0,03% yüksəlib

AGBI indeksi 0,03%, ACBDI indeksi 0,01%, AMFBI indeksi 0,03% yüksəlib
# 08 aprel 2013 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,03% artaraq aprel ayının 8-nə 95,74 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,01% yüksəlib və 99,95 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,03% yüksəlib və 106,26-ya bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR