Sumqayıtda baş verən yanğın nəticəsində bir nəfər ölüb

Sumqayıtda baş verən yanğın nəticəsində bir nəfər ölüb
# 26 fevral 2013 12:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Sumqayıt şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. APA- nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində transformatorun yağı və sarğıları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı naməlum kişi cəsədi aşkar olunub. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR