Əli Əkbər Salehi: “Kimyəvi silahlardan istifadə İran üçün qırmızı xəttdir”

Əli Əkbər Salehi: “Kimyəvi silahlardan istifadə İran üçün qırmızı xəttdir”
# 30 aprel 2013 14:36 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “Kimyəvi silahlardan istifadə edilməsi İran üçün qırmızı xəttdir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, kimyəvi silahlardan istifadə məsələsi ilə bağlı bir müddət əvvəl BMT baş katibi Pan Gi Muna məktub da göndərib: “İran hər cür kütləvi qırğın silahından istifadə edilməsinə qarşıdır. İranın ali dini lideri, ayətullah Əli Xamneyinin verdiyi fətvaya görə, bu silahların istehsalı, yayılması və istifadəsi qadağandır. İranın xarici siyasəti əsaslı olaraq kimyəvi silahlarla yanaşı, kütləvi qırğın silahları və ondan istifadə edənlərə qarşıdır”.

Ə. Salehi həmçinin Fars körfəzinin tarix boyunca bu adda qalacağını və heç bir zaman dəyişməyəcəyini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR