Səhiyyə Nazirliyi 41 saxta diplomla bağlı işləri hüquq-mühafizə orqanlarına göndərib

Səhiyyə Nazirliyi 41 saxta diplomla bağlı işləri hüquq-mühafizə orqanlarına göndərib
# 07 mart 2013 12:39 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, 2012-ci il ərzində işə qəbulla bağlı müraciət edən bəzi orta tibb işçilərinin diplomları Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən şübhə doğurub: “Bundan sonra həmin diplomların araşdırılmasına başlanıb və bütün orta tibb işçilərinin diplomları yoxlanılıb. Araşdırma nəticəsində orta tibb işçilərindən 41-nin diplomunun saxta olması məlum olub. Bu saxta diplomlar ölkənin müxtəlif orta ixtisas təhsili müəssisələrində verilib. Bununla bağlı müvafiq tədbirlər görmək üçün Səhiyyə Nazirliyi tərəfindən işlər hüquq-mühafizə orqanlarına göndərilib. Məsələyə onlar tərəfindən baxıldıqdan sonra lazımi hüquqi qiymət veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR