Prezident İlham Əliyev Kral Nikolay Sarayında olub, Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilən uşaq bağçasının layihəsinə baxıb - FOTOSESSİYA

Prezident İlham Əliyev Kral Nikolay Sarayında olub, Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilən uşaq bağçasının layihəsinə baxıb - <span style="color: red;">FOTOSESSİYA
# 13 mart 2013 10:30 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı sarayda yaradılan muzeyə baxıb.

Monteneqro prezidenti Filip Vuyanoviç əvvəlcə Çetinye şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə məlumat verib. Bildirilib ki, XIII əsrdə əsası qoyulan Çetinye şəhəri Monteneqronun qədim paytaxtı hesab edilir. Maraqlı və zəngin tarixi olan Çetinyedə çoxlu muzeylər və saraylar vardır. Bu şəhərdəki binalar orijinal arxitekturası ilə seçilir.

Kral Nikolay Sarayı ilə tanış olan prezident İ. Əliyevə məlumat verilib ki, saray Kral Nikolayın dövründə 1863-cü ildə tikilib. İndi muzey kimi fəaliyyət göstərən sarayda son illərdə yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmi bərpa edilib.

Muzeyin ekspozisiyası ilə tanış olan dövlət başçısına məlumat verildi ki, burada Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır.

Muzeydə qədim silahların kolleksiyaları toplanıb. Bundan başqa, Kral Nikolay Sarayında bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi istifadə olunan hərbi geyimlər nümayiş olunur.

Sonda prezident İ. Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Monteneqronun Bielo-Pole şəhərində Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə inşa etdirilən uşaq bağçasının layihəsi ilə də tanış olub.

Prezidentə uşaq bağçasının inşası ilə bağlı görülən işlər barədə məlumat verilib, son nəticəni əks etdirən layihələr və şəkillər nümayiş etdirilib.

Dövlət başçısı yeni park layihəsinə də baxıb.

Daha sonra Bielo-Pole şəhərinin meri Aleksandr Juliç Prezident İlham Əliyevə üzərində şəhərin rəmzi əks olunan xatirə lövhəsi təqdim edib.

Martın 12-də Monteneqro prezidenti F. Vuyanoviçin adından Azərbaycan prezidenti İ. Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR