«Unibank» yeni güzəşt kampaniyası keçirir

«Unibank» yeni güzəşt kampaniyası keçirir
# 13 fevral 2013 12:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC «Albalı» kart sahibləri üçün daha bir kampaniyaya başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya «Caspian Mobile» şirkəti ilə birgə keçirilir.

Bu kampaniya çərçivəsində bütün «Albalı» kart sahibləri «World Telecom», «NLT» və «TEE-COM» mağazalar şəbəkəsindən «Iphone» və «Ipad» telefonlarını çox sərfəli şərtlərlə ala biləcəklər. Kampaniya çərçivəsində «Albalı» kart sahibləri bu telefonların istənilən modelini alıb, dəyərini bir il ərzində hissə-hissə ödəyə bilər. Aylıq ödəniş cəmi 46 manat təşkil edir.

«Ailə büdcəsi üçün çox sərfəli «Albalı» kart sahibinə «Unibank»ın partnyoru olan 500-dən artıq alqı-satqı və xidmət şəbəkələrində sərfəli alış-veriş etmək imkanı verir. «Albalı» kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, «Unibank»ın partnyor-mağazasından 120 manatlıq alış-veriş edilib. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, hər ay cəmi 10 manat ödənilməlidir. Ödənişi «Unibank»ın istənilən filialındakı «Cash-in» terminallarının köməyi ilə aparmaq mümkündür», - deyə bankdan bildirilib.

Müştərilər «Albalı» kartını «Unibank»ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. Qeyd edək ki, 3 il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən «Albalı» kartı, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini www.albali.az/sifarish-et/ ünvanından doldurmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR