Azərbaycanda təqsirləndirilən və ya məhkum olunmuş əcnəbilərdən 23-ü Türkiyə vətəndaşıdır

Azərbaycanda təqsirləndirilən və ya məhkum olunmuş əcnəbilərdən 23-ü Türkiyə vətəndaşıdır
# 07 fevral 2013 14:23 (UTC +04:00)

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədət Quliyev Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat verib. Qeyd olunub ki, Azərbaycanın penitensiar müəssisələrində təqsirləndirilən və ya məhkum olunmuş xarici ölkə vətəndaşlarından 23 nəfəri Türkiyə vətəndaşlarıdır. İki qardaş ölkə arasında məhkum mübadiləsinə dair bağlanmış müqavilələrə və beynəlxalq konvensiyalara əsasən, məhkum mübadiləsi sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb və ortaya çıxan problemlərin operativ həll olunması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi, eyni zamanda penitensiar sahədə əməkdaşlığın daha da genişləndirilməsi məqsədəmüvafiq hesab olunub.

Nümayəndə heyəti tərəfindən Penitensiar tarix muzeyinə baxış keçirilib. Görüşdə Ədliyyə nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov və digər məsul əməkdaşlar iştirak ediblər. Səfər çərçivəsində Türkiyə Ədliyyə Nazirliyi nümayəndə heyətinin bəzi cəzaçəkmə müəssisələrinə başçəkmələri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR