Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı ilə bağlı son tövsiyələrini açıqlayıb

Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı ilə bağlı son tövsiyələrini açıqlayıb
# 12 mart 2013 08:19 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

R.Almarzoqi qeyd edib ki, BVF Azərbaycana neft gəlirləri hesabına iqtisadiyyatın diversifikasiyası tövsiyə edir: «Hesablamalarımıza görə, 2013-cü ildə qeyri-neft ÜDM-in artımı 9% təşkil edəcək ki, bu da əsasən dövlət xərcləri hesabına baş verəcək. Ümumilikdə, bu il neft sektorunda 1,9% səviyyəsində azalma gözlənilir. İnflyasiyanın səviyyəsi il ərzində 7%-dək yüksələcək, lakin orta illik inflyasiyanın 3,4% olacağını proqnozlaşdırırıq».

Fond rəsmisi həmçinin vurğulayıb ki, yaxın 15-20 il ərzində Azərbaycanda neft hasilatı iri həcmdə davam edəcək və bu zaman ərzində iqtisadiyyatın diversifikasiyası və biznes mühitinin yüksək səviyyəyə qaldırılmalı, qeyri-neft investisiya mühiti yaxşılaşdırılmadır, çünki bu, həmçinin qeyri-neft ixracı davamlı inkişafın əsası olacaq.

R.Almarzoqinin fikrincə, Azərbaycanda pul-kredit siyasəti sərtləşdirilməlidir ki, bu da əsasən bazarda tələbin artması ilə bağlıdır.


BVF həmçinin ölkədə kommersiya banklarının kapillaşmasının artırılması siyasətini dəstəkləyir: «Bu sahədə əsas olaraq Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilməlidir ki, bankda cəmləşən risklər azalsın».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR