Azərbaycan prezidenti Serbiya prezidentinin iqtisadi məsələlər üzrə müşavirini və iqtisadi və regional inkişaf nazirini qəbul edib

Azərbaycan prezidenti Serbiya prezidentinin iqtisadi məsələlər üzrə müşavirini və iqtisadi və regional inkişaf nazirini qəbul edib
# 15 mart 2012 12:55 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Serbiya prezidentinin iqtisadi məsələlər üzrə müşaviri xanım Biserka Yeftimiyeviç-Drinyakoviçi və iqtisadi və regional inkişaf naziri Neboyça Çiriçi qəbul edib.

APA-nın məlumatına görə, xanım Biserka Yeftimiyeviç-Drinyakoviç Serbiya prezidenti Boris Tadiçin salamlarını çatdıraraq, deyib ki, Serbiya prezidenti Azərbaycanın Şərqi Avropa və Balkan regionunda yürütdüyü konstruktiv siyasətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirir. Serbiya prezidentinin Bakıya və Azərbaycan prezidentinin Belqrada səfərlərinin əlaqələrin daha da genişləndirilməsi baxımından faydalı olduğunu deyən qonaq əməkdaşlığın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Serbiya prezidenti ilə keçirdiyi görüşləri xatırlayan dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin inkişafında bu görüşlərin vacib rol oynadığını deyib. Prezident İ. Əliyev Azərbaycanla Serbiya arasında əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Dövlət başçısı iqtisadi sahədə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Prezident İ. Əliyev Serbiya prezidenti Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR