ATƏT-in Bakı ofisi Azərbaycanda hakim vəzifəsinə namizədlər üçün treninq keçirəcək

ATƏT-in Bakı ofisi Azərbaycanda hakim vəzifəsinə namizədlər üçün treninq keçirəcək
# 25 sentyabr 2012 10:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Oktyabrın 1-2-də Bakıda Azərbaycanda hakim vəzifəsinə namizədlər üçün pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda treninq keçiriləcək.

APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin təşkil etdiyi tədbir Məhkəmə-Hüquq Şurası tərəfindən dəstəklənir.

Treninqi sabiq prokuror, Helsinki Universitetinin cinayət hüququ professoru Ari-Matti Nuutila keçirəcək.

Qeyd edək ki, ATƏT-in Bakı ofisi pulların yuyulması ilə mübarizədə Azərbaycan hökumətinə yardım məqsədilə 2009-cu ildən analoji tədbirlər keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR