Xırdalanda daha bir bankın filialı açıb

Xırdalanda daha bir bankın filialı açıb
# 08 avqust 2012 13:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün «Unibank» ASC-nin Abşeron rayonun Xırdalan şəhərində Mehdi Hüseynzadə küçəsi,6 ünvanında yerləşən filial fəaliyyətə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, filial pərakəndə kreditləşdirmə, o cümlədən nağd istehlak kreditləri, avtokreditlər, mikrokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsi ilə məşğul olacaq.

Bundan başqa, fərdi müştərilər üçün həmçinin müddətli əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları əhatə edən geniş məhsul xətti təklif olunur. «Xırdalan» filialı «Cash-in» bankomat, POS-terminallar və adi bankomatla təchiz edilib.

Qeyd edək ki, hazırda «Unibank»ın xidmət şəbəkəsi 11 regional və 18 paytaxt filialından ibarətdir və 223 mindən çox müştəriyə müxtəlif növ bank xidmətləri göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR