Böyük Britaniyanın “Eurovision-2012” mahnısı təqdim olunub

Böyük Britaniyanın “Eurovision-2012” mahnısı təqdim olunub
# 19 mart 2012 11:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Böyük Britaniyanın “Eurovision -2012” müsabiqəsindəki mahnısı və bu mahnının videosu təqdim edilib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın 75 yaşlı təmsilçisi Engelbert Hamperdink (Engelbert Humperdink) 57-ci “Eurovision” müsabiqəsində “Love Will Set You Free” (“Məhəbbət səni azad edəcək”) mahnısını oxuyacaq. Karyerası dövründə 150 milyon diski və plastinkası satılan sənətçinin mahnısı ballada şəklində yazılıb.

Xatırladaq ki, Böyük Britaniya birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR