Tanzaniya sahillərində bərənin qəzaya uğraması nəticəsində 62 nəfər ölüb

Tanzaniya sahillərində bərənin qəzaya uğraması nəticəsində 62 nəfər ölüb
# 19 iyul 2012 19:09 (UTC +04:00)
Bakı-APA. Tanzaniya sahillərində bərənin qəzaya uğraması nəticəsində 62 nəfər ölüb, 80 nəfər itkin düşüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,
“Karama Star Gate” bərəsi Dar-es-Salam şəhərindən Zənzibar adasına hərəkət edirdi. Gəmidə 12 xarici dövlətlərin vətəndaşları da olub. Qəzaya səbəb qəminin həddindən artıq yükləməsi olduğu ehtimal olunur. 250 nəfər sərnişinə nəzərdə tutulan gəmidə 290 nəfər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR