BFB-də qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

BFB-də qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
# 10 iyul 2012 15:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, sifariş iki investor tərəfindən təqdim olunub və sifarişin nominal üzrə ümumi məbləği 1 064 600 manat təşkil edib.

Sifariş 98,53% (gəlirlik 2,99%) və 98,60 (gəlirlik 2.85%) qiymət intervalında təqdim edilib.

Qeyd edək ki, sifariş emitent tərəfindən təmin olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR