Prezident İlham Əliyev: “Bizim strateji müttəfiqliyimiz inkişaf edir, güclənir, bütün sahələri əhatə edir”

  Prezident İlham Əliyev: “Bizim strateji müttəfiqliyimiz inkişaf edir, güclənir, bütün sahələri əhatə edir”
# 11 sentyabr 2012 19:23 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev deyib ki, İzmirdə baş tutan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasından keçən dövr ərzində əlaqələr sürətlə inkişaf edib: “İzmir görüşümüzdən sonra çox önəmli hadisələr baş verib. Biz Sizinlə dəfələrlə görüşmüşdük, TANAP layihəsinə imza atdıq. Bir sözlə, İzmirdə qəbul olunmuş qərarlar icra edilir. Bizim strateji müttəfiqliyimiz inkişaf edir, güclənir, bütün sahələri əhatə edir. Bugünkü toplantının gündəliyi də çox genişdir və hər iki tərəfdən bakanlar təmsil olunur, onlar da öz sözlərini deyəcəklər. Bakanlarımız da bir-biri ilə sıx təmasdadır, əlaqədədir, mən Bakıda onlarla tez-tez görüşürəm, bizimkilər də sizi ziyarət edir. Bir sözlə, iki qardaş ölkə inamla və uğurla işbirliyini davam etdirir və bugünkü toplantı əminəm ki, gələcək fəaliyyətimiz üçün də bir yol xəritəsi olacaqdır. Əminəm ki, bu toplantı da uğurlu olacaq və ölkələrimizin inkişafı, birliyi üçün yeni imkanlar yaradılacaq”.

Görüşdə çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan öz növbəsində bildirib: “Bundan on il əvvəl bir milyard dollara yaxın ticarət dövriyyəsi ilə bu yola çıxmışdıq, amma indi 3,5 milyard dollarlıq səviyyəyə çatmışıq. Təbii ki, bununla kifayətlənmirik. İnşallah, bunu sürətlə ən qısa zamanda beş milyard dollara çatdıracağıq. Bu yaxınlarda iqtisadiyyat naziri Zəfər Çağlayan Azərbaycanda idi, sizinlə görüşüb. Bu hədəfi qarşıya qoyduq və Qarışıq Komissiyanın toplantısı ilə bağlı da bir az əvvəl hörmətli qardaşımla söhbət apardıq, bunları da müzakirə etdik. Bu ilin sonuna qədər Qarışıq Komissiyanın toplantılarını da keçirmək istəyirik ki, bu işi sürətlə davam etdirək. Təbii ki, bizim istər hərbi, istər siyasi, istər mədəni əməkdaşlığımız bütün beynəlxalq aləmdə də çox ciddi bir həmrəylik içərisində davam edir. Bununla bərabər, enerji sahəsindəki həmrəyliyimiz bu an artıq zirvəyə çatdı. Üstəlik TANAP addımı ilə İstanbulda imzalar atıldı. İndi bundan sonra da, inşallah, artıq mexanizmləri işə salmağa başlayacağıq. İnşallah, TANAP sürətlə Azərbaycan qazını alıb Avropaya daşımaq imkanını, fürsətini tapacaq. Bu da təbii ki, fərqli dəyişikliklərə, fərqli inkişafa səbəb olacaq. Biz bunu bilərək bu addımları atırıq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İzmirdən sonrakı bu ikinci toplantısının da çox səmərəli olacağına inanıram. Nazir yoldaşlarımız artıq öz aralarında lazımi görüşləri keçirdilər. Mən bugünkü toplantının xeyirlərə, bərəkətə səbəb olmasını diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR