Rəşidə Dati: “Fransanın çoxmədəniyyətliliklə bağlı Azərbaycandan öyrənəsi məsələləri var”

Rəşidə Dati: “Fransanın çoxmədəniyyətliliklə bağlı Azərbaycandan öyrənəsi məsələləri var”
# 05 oktyabr 2012 12:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Azərbaycanda çoxmədəniyyətlilik birləşdirmə rolunu oynayır. Avropada isə tərsinədir, yəni bölücülük rolunu oynayır”. APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, çoxmədəniyyətlilik Fransada da bölücülüyə səbəb olur: “Fransada dərs verməyi çox sevirlər. Amma bu məsələdə Avropanın, o cümlədən Fransanın Azərbaycandan öyrənəsi məsələləri var”.

R.Dati jurnalistlərin suallarını cavablandırarkən Fransanın yeni prezidenti barədə də danışıb: “Fransa prezidentinin kimliyindən, dəyişməsindən asılı olmayaraq, Fransa il Azərbaycanın münasibətləri daim yaxşı olub. Bundan sonra da belə olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR