Dünya Bankının prezidenti istefaya gedir

Dünya Bankının prezidenti istefaya gedir
# 16 fevral 2012 07:25 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya Bankının (DB) prezidenti Robert Zellik iyunun 30-da istefaya gedəcəyini bəyan edib. “APA-Economics”in xəbərinə görə, bu barədə bankın açıqlamasında bildirilir.

“Mən dünya səviyyəli müəssisədə istedadlı və müstəsna şəxslərlə işləməkdən məmnunam. Biz birlikdə inkişaf etməkdə olan ölkələrə böhranı aşmaqda və iqtisadi tərəqqiyə adaptasiya olunmaqda kömək etmişik” - deyə R.Zellik qeyd edib.

Qeyd edək ki, R.Zellik beş ildir DB prezidenti vəzifəsini tutur. Bu müddət ərzində təşkilat inkişaf etməkdə olan ölkələrə rekord məbləğdə - 247 mlrd. dollar yardım göstərib və son 20 ildə ilk dəfə olaraq kapitalın artırılmasını həyata keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR