Azərbaycanın strateji ehtiyatları 3 illik idxala ekvivalentdir

Azərbaycanın strateji ehtiyatları 3 illik idxala ekvivalentdir
# 09 avqust 2012 15:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2012-ci ilin əvvəlindən 9% artaraq iyulun 1-nə 44 mlrd. ABŞ dollarına çatıb ki, bu da mal və xidmətlərin təxminən 3 illik idxalına kifayət edir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış Pul Siyasəti İcmalında deyilir.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları isə 5% artaraq 11 mlrd. dollardan çox olub ki,
bu da təxminən 9 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.

İcmalda deyilir ki, hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65%-ə yaxındır. Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin yekunlarına görə bu göstərici 64%, 2010-cu ilin yekunlarına görə 58% təşkil edib.

«Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir», - deyə hesabatda vurğulanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR