BMT Təhlükəsizlik Şurası Suriyaya həsr olunmuş iclas keçirib
31 avqust 2012 09:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, baş katibin birinci müavini Yan Eliasson Suriyaya humanitar yardım göndərilməsini təmin etməyin vacibliyini vurğulayaraq ölkələri bu proqramlar üçün maliyyələşdirməni artırmağa çağırıb. O, BMT-nin Suriyadakı humanitar əməliyyatlar üçün 180 milyon dollar istədiyini, lakin hələlik bu məbləğin yalnız yarısının ayrıldığını deyib.
İclasdan sonra keçirilən mətbuat konfransında Fransa və Böyük Britaniya xarici işlər nazirləri Loran Fabius və Uilyam Heyq çıxış ediblər. L. Fabius Suriyada 25 min insanın öldürüldüyünü və tökülən qanlarda Əsəd klanının günahkar olduğunu söyləyib. O, 1 milyona yaxın insanın ölkə daxilində köçkün durumuna düşdüyünü, 200-300 min insanın da qonşu ölkələrdə sığınacaq tapdığını bildirib. L. Fabius Suriyada bufer zonalarının yaradılmasına dair Türkiyənin təklifinin müzakirə olunduğunu diqqətə çatdırıb.
U. Heyq isə Suriya rejiminin kimyəvi silahdan istifadə etməsi ehtimalından narahat olduqlarını qeyd edib. Nazirlər günahkarların məsuliyyətə cəlb olunması üçün Suriyanın dosyesini beynəlxalq cinayət məhkəməsinə verməyə çalışacaqlarını açıqlayıblar.

Amerika
Ağ Ev münsiflər heyətinin Trampla bağlı verdiyi qərarını şərh edib
03:27
31 may 2024
Tramp münsiflər heyətinin qərarını “biyabırçılıq” adlandırıb
01:51
31 may 2024
Nyu-York məhkəməsinin münsiflər heyəti Trampı maliyyə saxtakarlığında təqsirli bilib
01:41
31 may 2024
ABŞ Ermənistan, Moldova və Ukraynaya hərbi müşavirlər göndərib
00:34
31 may 2024