BFB-də üç illik dövlət istiqrazları yerləşdirilib

BFB-də üç illik dövlət istiqrazları yerləşdirilib
# 12 oktyabr 2012 15:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105009358 saylı dövlət qeydiyyatından keçmiş dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan “APA-Economics”ə verilən məlumata görə, sifariş 1 investor tərəfindən təqdim olunub.

Sifarişin nominal üzrə məbləği 1 199 100 manat təşkil edib. Sifariş 100,20% qiymətində təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə faiz gəlirliyi 4,5%-dir. İstiqraz vərəqələrinin ödəmə tarixi 2014-cü ilin oktyabrın 10-dur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR