«BP-Azerbaijan»a yeni vitse-prezident təyin olunub

«BP-Azerbaijan»a yeni vitse-prezident təyin olunub
# 17 oktyabr 2012 13:31 (UTC +04:00)
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlının «APA-Economics»ə verdiyi məlumata görə, BP-də bütün təyinatlar əvvəlcədən planlaşdırılır və hazırda «BP-Azerbaijan»da quyular üzrə vitse-prezident vəzifəsində çalışan Qari Krisman (Gary Christman) planlaşdırılmış şəkildə BP-nin Hyustonda (ABŞ) yerləşən Quyular üzrə İnstitutunun (Global Wells Institute) vitse-prezidenti vəzifəsinə təyinat alıb: «Q.Krismanı Şimal dənizində quyular üzrə vitse-prezident vəzifəsində çalışan Cim Kovei (Jim Cowei) əvəz edəcək. O, artıq noyabrın 19-dan etibarən öz vəzifəsinin icrasına başlayacaq».

Qeyd edək ki, ötən həftə «BP-Azerbaijan» şirkətinin uzun müddətdir təqaüdə çıxmağı planlaşdıran terminal və quruda ixrac-boru kəmərləri üzrə vitse-prezidenti Kemp Koplend (Kemp Copeland) təqaüdə çıxıb. O, 5-6 ay öncə təqaüdə çıxmağı planlaşdırırdı. Elə o vaxtdan da «BP-Azerbaijan» vitse-prezident seçiminə başlayıb və artıq bu posta yeni təyinat olub. Bu vəzifəyə Qreyq Uiqs (Graig Wiggs) təyin edilib. Vəzifə təyinatı 2013-cü il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Qreyq Uiqs 2008-ci ilin ortalarından etibarən, şirkətin Trinidad və Tobaqodakı ofisində vitse-prezident vəzifəsində çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR