Qahirədə qarşıdurma nəticəsində 1 hərbçi həlak olub

Qahirədə qarşıdurma nəticəsində 1 hərbçi həlak olub
# 05 may 2012 02:43 (UTC +04:00)
Bakı-APA. Qahirənin Abbasiyyə rayonunda nümayişçilərlə qarşıdurma zamanı aldığı güllə yarasından bir nəfər hərbçi keçinib. Bu barədə jurnalistlərə Qahirənin Təcili yardım idarəsinin rəhbəri Əhməd əl-Ənsari məlumat verib.

Onun sözlərinə görə, Misir müdafiə nazirliyinin yaxınlığında baş vermiş qarşıdurma zamanı 373 nəfər yaralanıb.

Dünən axşam saatlarında yüzlərlə nümayişçi Misir müdafiə nazirliyinin qarşısında etiraz aksiyası keçirmək üçün ora yürüş edib. Onlar yollarını kəsmiş təhlükəsizlik qüvvələri işçilərinə daş ataraq irəliləməyə cəhd ediblər. Hərbçilər gözyaşardıcı qazdan istifadə eləməli olublar. Müdafiə nazirliyinin yaxınlığında qarşıdurma iki saata yaxın davam edib.

Hazırda hərbçilər nazirliyə yaxın küçələrə nəzarət edirlər. Qahirənin bu rayonunda saat 23.30-dan 07.00-dək komendant saatı tətbiq edilib. Misir hərbi prokurorluğunun məlumatına görə, hadisə ilə bağlı 170 nəfər həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR