Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında 5 nəfər ağır xəsarət alıb

Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında 5 nəfər ağır xəsarət alıb
# 07 iyul 2012 07:16 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi mayor Rafiq Həsənov APA-ya bildirib ki, hadisə yolun 13.8-ci km-də, Abşeron rayonu ərazisində qeydə alınıb.

Bakı sakini, 1952-ci il təvəllüdlü Səfərov Rəşid Qarakişi oğlunun idarə etdiyi 10 JG 794 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını qarşı tərəfdən gələn, Abşeron sakini 1986-cı il təvəllüdlü Soltanov Məmmədağa Əhmədağa oğlunun idarə etdiyi 10 ET 621 dövlət nömrə nişanlı, “VAZ-21011” markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində Məmmədağa Soltanov, onun sərnişinləri - 1977-ci il təvəllüdlü Ceyhun Vəliyev, 2009-cu il təvəllüdlü İsmayıl Vəliyev, 2005-ci il təvəllüdlü Turac Dadaşova, 2006-cı il təvəllüdlü Ruhan Dadaşov ağır dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR