Azərbaycan Mikro-Maliyyə Assosiasiyası gələn ay rəhbər işçilər üçün seminara başlayacaq

Azərbaycan Mikro-Maliyyə Assosiasiyası gələn ay rəhbər işçilər üçün seminara başlayacaq
# 16 fevral 2012 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin mart ayının 13-14-də Azərbaycan Mikro-Maliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə rəhbər işçilər üçün «Avtomatik alətlər, skorinq və kredit bürosu vasitəsilə maliyyənin optimallaşdırılması» mövzusunda seminar keçirəcək.

«APA-Economics»in AMA-nın rəsmi veb-səhifəsinə istinadən verdiyi məlumata görə, AMA-ya üzv təşkilatların bir rəhbər işçisi üçün ödənişin məbləği 330 manat, qeyri-üzv təşkilatların işçiləri üçün 380 manat təşkil edir. Hər üçüncü iştirakçıdan başlayaraq ödənişlərdə 10% güzəşt tətbiq olunacaq.

Qeyd edək ki, bu seminar Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) İsveçrə hökuməti ilə birgə həyata keçirtdiyi «Mərkəzi Asiya Maliyyə Bazarlarının İnfrastrukturu Məsləhət Xidmətləri» layihəsinin bir hissəsidir.

Seminarın əsas məqsədi maliyyə təşkilatlarını kredit büro xidmətlərindən effektiv istifadə etməyə hazırlamaq və ölkənin maliyyə vəziyyətinin daha da təkmilləşdirilməsində kömək olmaqdır.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR