Braziliya və Meksika arasında “avtomobil müharibəsi”nə son qoyulub

Braziliya və Meksika arasında “avtomobil müharibəsi”nə son qoyulub
# 16 mart 2012 14:35 (UTC +04:00)
Bakı - APA-Economics. Braziliya və Meksika arasında avtomobil ixracına məhdudiyyətlərlə bağlı on ildir davam edən mübahisəyə son qoyulub.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, mübahisənin həlli on ay vaxt aparıb.

Tərəflər arasında imzalanmış sazişə əsasən, Meksika Braziliyaya avtomobil ixracına könüllü məhdudiyyət tətbiq edəcək. Meksika avtomobil istehsalçıları yaxın 3 il ərzində 1,55 mlrd. dollar dəyərindən artıq avtomobil sata bilməzlər. Öz növbəsində Braziliya Meksika avtomobillərinə rüsumları azaldacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR