«Unibank» nizamnamə kapitalını artırır

«Unibank» nizamnamə kapitalını artırır
# 28 mart 2012 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Unibank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 20,796 mln. ədəd, emissiyanın ümumi həcmi isə 56 565 120 manat təşkil edir. Emissiya «Unibank»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 2,16 manat olan 20,796 mln. ədəd – 44 919 360 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 26% artaraq 56 565 120 manata çatacaq.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 44 919 360 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR