Gəncə sakini keçmiş qayınanasının evinə od vurub

Gəncə sakini keçmiş qayınanasının evinə od vurub
# 14 aprel 2012 11:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Gəncədə keçmiş kürəkən qayınanasının evini yandırıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 13-də saat 05.30 radələrində Kəpəz rayonu, Sədi küçəsi 1-ci döngə ev 12-də yaşayan Yetər Yusibovaya məxsus evdən, qonşusu Firuzə Bağırovanın evinə keçən yanğın baş verib.
Y. Yusibova Kəpəz Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək evinin Samux rayon sakini, keçmiş kürəkəni Ramin Bəşirov tərəfindən yandırıldığını bildirib. Araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR