Azərbaycanda yerli ixracatçılar üçün təlim proqramına başlanılıb
08 may 2012 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında yerli ixracatçılar üçün təlim proqramının keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.
“Azpromo”dan “APA-Economics”ə verilən məlumata görə, memoranduma əsasən “Azpromo”, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi və GIZ-in birgə təşkilatçılığı ilə iş adamları üçün iyun ayından etibarən “İxracatçılar üçün təlim proqramı”na başlanılacaq. Cari ilin sonunadək davam edəcək proqramın məqsədi yerli sahibkarların ixrac prosedurları, xarici bazarlar və ixrac imkanları barədə məlumatlandırılmasıdır.
Bununla bağlı keçirilmiş tədbirdə “Azpromo”nun rəhbəri Adil Məmmədov qurumun fəaliyyəti və fondun yerli ixracatçı şirkətlərə göstərdiyi dəstək barədə məlumat verib və qeyd edib ki, ölkənin ixrac imkanlarının təşviqi və xarici investisiyaların cəlb edilməsi məqsədilə yaradılmış “Azpromo” yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac imkanlarının artırılmasında, potensial tərəfdaşların tapılmasında, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində, eləcə də iş adamlarının ixracla bağlı biliklərinin artırılmasında sahibkarlara yaxından dəstək göstərir və bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Öz növbəsində GIZ-in icraçı direktoru Adolf Kloke-Lesk çıxış edərək yerli iş adamları və potensial ixracatçılar üçün keçiriləcək təlim proqramı barədə məlumat verib, təşkilatın ölkə üzrə direktoru Henninq Tvesten isə “İxracatçılar üçün təlim proqramı” mövzusunda təqdimatla çıxış edib.

Sahibkarlıq
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024
Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 % artıb
16:48
16 may 2024
“Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur
15:51
16 may 2024