ABŞ-Azərbaycan Təhsil Mərkəzində forum keçirilib

ABŞ-Azərbaycan Təhsil Mərkəzində forum keçirilib
# 11 may 2012 11:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ-Azərbaycan Təhsil Mərkəzində Azərbaycanda təhsilin inkişafına həsr olunmuş forum keçirilib. APA-nın xəbərinə görə, tədbir ABŞ-da təhsil alan azərbaycanlıların Assosiasiyası, İREX və Azərbaycan Təhsil Nazirliyi tərəfindən təşkil olunub. Forumda Təhsil Nazirliyinin, Mərkəzi Bankın, ali məktəblərin və özəl təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Tədbirdə ABŞ universitetlərinin 6 məzununun çıxışları dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR