Azərbaycanda ilan sancmalarının sayı artıb

Azərbaycanda ilan sancmalarının sayı artıb
# 19 may 2012 09:49 (UTC +04:00)
Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov APA-ya bildirib ki, bu ilin aprel ayından indiyədək şöbəyə Azərbaycanda ilan sancması ilə bağlı 22 nəfər müraciət edib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə bu rəqəm 16 nəfər olub. A.Maqsudov müraciətlərin çoxalmasını bu il havaların tez istiləşməsi və kənd təsərrüfat işlərinə vaxtından əvvəl başlanılması ilə əlaqələndirib. O, əhaliyə müraciət edərək bildirib ki, tarlalarda işləyərkən insanlar rezin əlcək və çəkmələrdən istifadə etməlidirlər: “İlk növbədə insanlar özlərini təhlükədən qorusunlar. İlan sancması baş verdikdə isə tez bir zamanda təcili yardıma müraciət etsinlər. Bütün təcili yardım briqadaları ilan zəhərinə qarşı zərdabla təmin ediliblər. Müraciət tez olduqda baş verə biləcək fəsadlar da tez aradan qaldırılır”.

A.Maqsudov onu da bildirib ki, bu il iki nəfər də “qaraqurd” hörümçəyinin sancması diaqnozu ilə şöbəyə müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR