Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 21 may 2012 16:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda əvvəlcə partiyanın VIII qurultayının keçirilməsi haqda müzakirə aparılıb və qurultayın keçirilməsi üçün Türkiyə və Gürcüstan rəhbərliyinə müraciətin mətninin hazırlanması haqda tapşırıq verilib.

Gündəliyin ictimai-siyasi vəziyyətlə bağlı bölümündə İctimai Palatanın bu gün şəhərin mərkəzində keçirdiyi etiraz piketi haqqında məlumat dinlənilib. Daha sonra İctimai Palatanın mayın 24-də keçirəcəyi etiraz piketinə hazırlıq, mayın 25-də dənizkənarı bulvarda xalq gəzintisinin təşkili və mayın 28-də Respublika Günü münasibətilə M.Ə.Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsinin ziyarət edilməsi ilə bağlı göstərişlər verilib.

İclasda aclıq aksiyası haqda da müzakirələr aparılıb. Tədbirdə bildirilib ki, indiyədək Müsavat Partiyası, AXCP və digər siyasi qurumların 30-dək üzvləri və bitərəflər bu aksiyaya qoşulublar.

Divan həbsxanada aclıq aksiyası keçirən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya aclığı dayandırmaq haqda da müraciət qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR