Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İFAD prezidenti ilə görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İFAD prezidenti ilə görüşüb
# 15 iyun 2012 15:50 (UTC +04:00)
Bakı – APA-Economics. İtaliyada səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kanayo Nvanze ilə işgüzar görüş keçirib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə İFAD tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhatə dairəsinin genişləndirilməsi və ölkəmizdə tətbiq oluna biləcək əlavə layihələr barədə ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, İtaliyanın Roma şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şurasının 144-cü sessiyasında İ.Abasov FAO-nun Bakıda keçirilmiş Avropa üzrə 28-ci Regional Konfransının sədri qismində iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR