Bu gün BFB-da 17,5 mln. manatlıq birillik istiqraz emissiyası yerləşdirilib

Bu gün BFB-da 17,5 mln. manatlıq birillik istiqraz emissiyası yerləşdirilib
# 13 iyul 2012 15:10 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0204003377 seriyalı geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi məbləği 17 506 100 manat təşkil edib. Sifarişlər 100,00% və 100,01% qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 17 506 100 manat məbləğində müəyyən olunub. İstiqrazlar üzrə gəlirlik illik 4% təşkil edir.

Qeyd edək ki, bu istiqraz emissiyası üzrə öhdəliklər emitent tərəfindən 2013-cü il iyulun 12-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR