Borçalıda Azərbaycan aliminin 75 illiyk yubileyi qeyd olunub- FOTOSESSİYA

Borçalıda Azərbaycan aliminin 75 illiyk yubileyi qeyd olunub- <font color=red>FOTOSESSİYA</font>
# 25 avqust 2012 00:11 (UTC +04:00)
Marneuli-APA. Avqustun 24-də azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki AtaHoldinq İdman Sarayında əslən Borçalıdan olan Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 75 illik yubileyi qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq yubilyarı 75 illik münasibətilə təbrik edib və sözü GAJB-nin sədri Nizami Məmmədzadəyə verib. O, dilçi və türkoloq alim və 80-ə qədər elmi və elmi-publisistik kitablar və 600-dən çox Azərbaycan dilinin tədrisi metodikası, türkoloji məsələlər, dialektologiya, onomastika, antroponimiyanın əsasları və hərbi humanitar elmlər sahəsində müxtəlif araşdırmalar müəllifi Mədəd Çobanovun həyat və yaradıcılığından ətraflı söhbət açıb. Sonra filologiya elmləri doktoru Mahmud Hacıxəlilov, Azərbaycan radiosunun əməkdaşı İlyas Adıgözəlov, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, yazıçı- müəllim Əli Abbas, jurnalist Emin Mahmudov çıxış edərək yubilyarla olan xoş xatirələri barədə ürək sözlərini və alimin əsərlərinin məziyyətindən və onun son illər daha məsuliyyətlə çalışdığını, nəşr etdirdiyi dərsliklərdən gənc nəslin səmərəli şəkildə istifadə etdiklərini bildirərək, Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər. Sonra şairlərdən Mayqa Mətin və Elmira Mahalqızı alimə həsr etdikləri şeirləri oxuyublar. Tədbirin sonunda yubilyara hədiyyələr və diplomlar təqdim edilib.
Görkəmli Azərbaycan alimi Mədəd Çobanov 75 illik yubileyinə gələn qonaqlara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Tədbirdə Gürcüstanda yaşayan və fəaliyyət göstərən universitet müəllimləri, ziyalılar, qəzet redaktorları, jurnalistlər, məktəb direktorları, gənclər, Gürcüstan parlamentinin keçmiş deputatları, Bakıdan və Dmanisi, Bolnisi və Marneulinin ətraf kəndlərindən gələn qonaqlar iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR