Astaranın 30 yaşayış məntəqəsində təbii qazın verilişi bərpa olunub

Astaranın 30 yaşayış məntəqəsində təbii qazın verilişi bərpa olunub
# 30 avqust 2012 15:18 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Astara rayonunda əhalinin təbii qazla təchiz olunması istiqamətində ardıcıl tədbirlər görülür. Rayon İcra Hakimiyyəti aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, indiyədək rayonun 30-dan çox yaşayış məntəqəsinə təbii qazın nəqli bərpa olunub.

Hazırda Şuvi, Sərək, Siyətük, Şovaş, Züngüləş, Sekəşan, Vəznəş, Səlivə və Deqədi kəndlərinin də qazlaşdırılması istiqamətində irimiqyaslı iş görülür. Belə ki, həmin ərazilərə 23 min p/m-dən çox polietilen boru, Şiyəkəran və Şahağacı kəndlərinin qazlaşdırılmasından ötrü isə 11 min p/m metal boru xətti çəkilib.

Məlumata görə, Astara rayonunda qazlaşdırma işlərinin 2013-cü ilin sonunadək tam başa çatdırılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR