Azərbaycan ərazisində küləkli hava şəraiti davam edəcək

Azərbaycan ərazisində küləkli hava şəraiti davam edəcək
# 31 avqust 2012 09:06 (UTC +04:00)
Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-22, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 1-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Sentyabrın 03-dək Abşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR