FİFA futbol matçlarında qolların avtomatik müəyyən olunması sistemini qəbul edib
05 iyul 2012 23:14 (UTC +04:00)
Bakı-APA. FİFA futbol matçlarında vurulan qolların avtomatik müəyyən olunması sistemini (goal-line technology - GLT) qəbul edib.
APA-nın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, müvafiq qərar FİFA-nın Sürixdəki qərargahında keçirilən iclasında qəbul olunub.
Bu sistem 2012-ci ilin dekabrında Yaponiyada baş tutacaq futbol klubları arasında Dünya Çempionatında, 2013-cü ildə keçiriləcək Konfederasiya Kubokunda və 2014-cü ilin Dünya Çempionatında tətbiq olunacaq.
FİFA-nın qəbul etdiyi qərar digər futbol turnirlərinin təşkilatçılarına bu sistemdən istifadə etməyə ixtiyar vermir.
Hal-hazırda iki sistem - GoalRef və Hawk-Eye testdən keçirilir. Qolların avtomatik müəyyən olunması sistemi hakim səflərinə yol verməmək üçün imkan yaradır.
İclasda FİFA matç vaxtı 5 hakimdən istifadə olmasını da təsdiq edib və qadın-futbolçuların hicabda çıxış etməsinə qoyulan qadağanı ləğv edib.

Futbol
Çempionlar Liqası: “Real Madrid” “Bavariya”nı məğlub edərək finala yüksəlib
01:01
9 may 2024
"Trabzonspor" Türkiyə kubokunun finalına yüksəlib
00:17
9 may 2024
İtaliyalı hakim Daniele Orsato Çempionlar Liqasının yarımfinal matçından sonra ağlayıb
18:15
8 may 2024
Ziyeş karyerasını "Qalatasaray"da davam etdirəcək
18:11
8 may 2024