İsmayıllıda 3 otaqlı ev yanıb

İsmayıllıda 3 otaqlı ev yanıb
# 06 noyabr 2012 07:06 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov-APA. İsmayıllı rayonunun Basqal kəndində fərdi yaşayış evi yanıb. Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə kənd sakini 1968-ci il təvəllüdlü Feyzullayev Taleh Zeynəddin oğluna məxsus ümumi sahəsi 64 kvadratmetr olan üçotaqlı evdə baş verib. Mənzildə heç kim olmadığından qonşular hadisə barədə yanğından mühafizə hissəsinə gec məlumat veriblər. Ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Rayon mərkəzindən 32 kilometr aralıda baş verən hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib, alovun yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR