Şəfiqə Məmmədova “Listopad” Beynəlxalq Kinofestivalına fəxri qonaq kimi dəvət edilib

Şəfiqə Məmmədova “Listopad” Beynəlxalq Kinofestivalına fəxri qonaq kimi dəvət edilib
# 25 iyul 2012 21:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq artisti Şəfiqə Məmmədova noyabr ayında Minskdə keçiriləcək "Listopad" Beynəlxalq Kinofestivalına fəxri qonaq kimi dəvət edilib. İttifaqdan APA-ya verilən məlumata görə, qurum rəhbərinə bu dəvət Belarus Kinematoqrafçılar İttifaqı tərəfindən olunub. Səfər çərçivəsində Ş.Məmmədovanın Belarus Kinematoqrafçılar İttifaqının 50 illiyinə həsr edilmiş yubiley tədbirlərində iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Belarus və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı arasında qarşılıqlı tədbirlərlə bağlı razılıq əldə olunub. Səfər çərçivəsində bu barədə ətraflı müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR