Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü qeyd edilib – FOTO

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü qeyd edilib – <font color=red>FOTO </font>
# 28 mart 2012 14:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasından 93 il ötür. Peşə bayramı münasibətlə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, bayram mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edib.
Nazir bildirib ki, son illər MTN-də əsası qoyulan inkişaf kursu ötən il ərzində də uğurla davam etdirilib. Terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə önəmli nəticələr əldə edilib. Milli təhlükəsizlik orqanlarının şəxsi heyəti dövlətçiliyin və sabitliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyəti ilə bugünkü dinamik inkişafa bundan sonra da öz töhfələrini verəcək: “Əlbəttə, Azərbaycanın getdikcə daha geniş coğrafi və siyasi məkanda böyük nüfuz qazanması qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə ölkənin təhlükəsizliyinə daha etibarlı xidmət etməyə çağırır. Sözsüz ki, ən mühüm vəzifə düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır”.
Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər. Tədbirin sonunda “Şöhrət” Muzeyində mükafatlandırma mərasimi keçirilib, xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara və kursantlara medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub.Təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü münasibətilə təntənəli mərasim MTN-in akt zalında daha geniş tərkibdə davam etdirilib. Nazir Eldar Mahmudov mərasimdə çıxış edib.
Nazir çıxışında bu gün MTN-in 60-a yaxın xarici xüsusi xidmət orqanı ilə, eləcə də bir sıra beynəlxalq təşkilatlarla tərəfdaşlıq etdiyini bildirib.
E. Mahmudov bildirib ki, milli təhlükəsizlik orqanları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasına öz töhfələrini verirlər. Bu istiqamətdə təbliğat işi gücləndirilib, informasiya mübarizəsi daha səmərəli və məqsədyönlü xarakter alıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistanın terrorçuluq siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran müxtəlif sənədli filmlər, on minlərlə kitab, elektron vasitələr paylanılıb.
Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının şəxsi heyətə təbriklərini çatdırıb. Yığıncaqda MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək demişdir ki, indi milli təhlükəsizlik orqanları yeni tarixini yaşayır.Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.
Mərasimdə MTN-in əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 mart tarixli sərəncamları elan olunub. Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun əmrləri elan olunub , təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib. Tədbirin sonunda MTN-in fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR