Regionlarda daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə tədbirləri keçirilir

Regionlarda daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə tədbirləri keçirilir
# 30 aprel 2012 13:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən ölkənin regionlarında daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə tədbirlərinə başlanılıb.

Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə xidmətin əməkdaşları Tovuz, Qazax, Şəmkir və Gədəbəy rayonlarına ezam olunub.

Adları qeyd olunan rayonlarda müxtəlif təşkilatların, həmçinin əhalinin ayrı-ayrı sosial təbəqələrindən olan nümayəndələrlə keçirilən maarifləndirmə tədbirlərində daşınmaz əmlakın icbari sığortasının mahiyyəti və əhəmiyyəti barədə ətraflı məruzələr edilib. Tədbirlərin sonunda iştirakçılara sığorta ilə bağlı ədəbiyyat da təqdim edilib.

Qeyd edək ki, maarifləndirmə tədbirlərinin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR