Ötən il «YapıKredi Bank Azerbaijan»ın problemli kreditləri kəskin artıb

Ötən il «YapıKredi Bank Azerbaijan»ın problemli kreditləri kəskin artıb
# 13 fevral 2012 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin kredit portfelinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 124,647 mln. manat olub ki, bu da 2011-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 79% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın 12 aydan artıq müddətə verdiyi kreditlər 3,2 dəfə artaraq 73,388 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər isə 22% artaraq 51,911 mln. manat, istehlak kreditləri isə 3,4 dəfə artaraq 18,250 mln. manata çatıb. Hesabat ilində bankın vaxtı keçmiş kreditlərinin həcmi 2,2 dəfə artaraq 1,614 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın depozit portfelinin həcmi 62% genişlənərək 104,471 mln. manat, o cümlədən müddətli depozitləri 2 dəfə artaraq 27,823 mln. manat, tələb olunanadək depozitlər 53% artaraq 76,648 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 17 dəfə artaraq 20,660 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 7 filialı, 19 bankomatı, 151 POS-terminalı və 175 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR