Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
02 avqust 2012 12:21 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönieni qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Fransa arasında əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub, ikitərəfli münasibətlərin bütün sahələrdə, həmçinin mədəniyyət və turizm sahəsində inkişaf etməkdə olduğu bildirilib.
Görüş çərçəvəsində iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rolu xüsusi qeyd edilib.
Sonda Paskal Mönie Əbülfəs Qarayevə görüşə görə minnətdarlığını bildirib, nazir isə öz növbəsində səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xarici siyasət
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb - YENİLƏNİB
11:11
17 may 2024
Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində görüşün təşkilinə dair Memorandum imzalanıb
10:50
17 may 2024
Hikmət Babaoğlu: Fransa demokratik deyil, neokolonial ölkədir
10:25
17 may 2024
XİN: Azərbaycanın İrandakı səfirliyinin yeni məkanı artıq müəyyən edilib
09:57
17 may 2024