Bank Of Baku

“Kapital Bank”ın İdarə Heyətinin sədri: "Naxçıvan Bank"ı almaq planımız yoxdur

“Kapital Bank”ın İdarə Heyətinin sədri: "Naxçıvan Bank"ı almaq planımız yoxdur
# 17 may 2024 10:21 (UTC +04:00)

“Naxçıvan Bank”dan Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 164,6 milyon manat civarındadır.

APA-Economics” xəbər verir ki, bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direktoru Fərid Hüseynov deyib.

O bildirib ki, portfelin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb.

Fərid Hüseynov əlavə edib ki, Kapital Bank-ın hansısa bankı, o cümlədən "Naxçıvan Bank”ı almaq planı yoxdur.

“2023-cü il üzrə ötürülən portfel bankın 3%-i civarındadır. Bu da kiçik rəqəmdir. Məqsəd müştərilərin rahatlığını təmin etməkdir”- F. Hüseynov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR