«Zamin Bank»ın mənfəəti son bir ildə 21% artıb

«Zamin Bank»ın mənfəəti son bir ildə 21% artıb
# 10 may 2012 07:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin 2012-ci ilin yanvar-mart ayları üzrə mənfəəti 1,626 mln. manat olub ki, bu da ötən ilin birinci rübü üzrə mənfəətindən 21% çoxdur

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirlərinin həcmi 3,2% artaraq 8,639 mln. manat, o cümlədən faiz gəlirləri 12,5% artaraq 6,612 mln. manat, qeyri-faiz gəlirləri 18,6% azalaraq 2,027 mln. manat olub. Eyni zamanda bankın xərcləri 0,2% azalaraq 7,012 mln. manat, o cümlədən faiz xərcləri 12,3% artaraq 2,442 mln. manat, qeyri-faiz xərcləri 5,8% azalaraq 4,570 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 12,7% artaraq 4,170 mln. manat, qeyri-faiz zərəri isə 7,7% artaraq 2,543 mln. manata çatıb.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı və 1 891 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR