Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində seminar keçirilib
07 noyabr 2012 14:41 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində seminar keçirilib. Teatrdan APA-ya verilən məlumata görə,
Uşaq və Gənclər Teatrları Beynəlxalq İcra Komitəsinin (ASSİTEJ) baş katibi İvisa Simiçin keçirdiyi rejissor sənəti mövzusuna həsr olunmuş seminarda teatrın aktyor heyəti iştirak edib. Tədbirdə çıxış edən teatrın direktoru, əməkdar artist, ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov seminarın məqsədi haqqında məlumat verib: “Artıq ikinci dəfədir ki, ölkəmizin ev sahibliyi etdiyi II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində keçirilən seminarın əsas məqsədi 2013-cü ildə teatrımızda həyata keçiriləcək yeni bir layihənin müzakirəsini təşkil etməkdir. Gələn ilin aprel ayında ASSİTEJ-in baş katibi İvisa Simiçin (Xorvatiya) rejissorluğu ilə teatrımızda Lev Tolstoyun “Buratino” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə start veriləcək”. İvisa Simiç teatrın uşaqların həyatındakı missiyasını diqqətə çatdıraraq, hazırda yaradıcılıq işi ilə məşğul olduğu böyüklər və balacalara həsr olunmuş tamaşaları, əməkdaşlıq etdiyi xarici ölkələr haqqında məlumat verib.
Seminar – görüşdə ASSİTEJ-in prezidenti İvetta Hardi də (Cənubi Afrika) iştirak edib.

Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024