Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,6% yüksəlib
# 12 mart 2012 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 922 bəndədək, S&P 500 0,4% - 1 371 bəndədək, Nasdaq 0,6% - 2 988 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə məşğulluq bazarı haqqında məlumat səbəb olub. Belə ki, fevral ayında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə dəyişməyib və bu xəbər, yəni işsizlik səviyyəsinin artmaması bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında martın 9-da FTSE 100 indeksi 0,5% - 5 888 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 880 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 488 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% artaraq 1 705,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3085 (+1,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR