Bakıda ailə münaqişəsi zəminində qətl törədilib

Bakıda ailə münaqişəsi zəminində qətl törədilib
# 30 aprel 2012 07:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Hadisə aprelin 28-dən 29-na keçən gecə Qaraçuxur qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 36 yaşlı Adıgözəl İsmayılov həyat yoldaşı Vəfa Hüseynovanı bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan V. Hüseynova aldığı xəsarətdən orada dünyasını dəyişib. Hadisəni törədən A. İsmayılov tutulub. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR