Mübariz Əhmədoğlu: “İranın Azərbaycana qarşı ən kəsərli silahı arasıkəsilməz yaxşılıqlar kursu idi”

Mübariz Əhmədoğlu: “İranın Azərbaycana qarşı ən kəsərli silahı arasıkəsilməz yaxşılıqlar kursu idi”
# 15 oktyabr 2012 10:40 (UTC +04:00)
Bakı-APA. “İranın Azərbaycana münasibəti barədə çox deyilsə də, səsləndiriləsi həqiqətlər hələ qalmaqdadır. İranın Azərbaycan Respublikasına qarşı ənənəvi siyasəti dəyişməz olaraq Ehtimal ki, İranın Azərbaycana belə münasibəti bu iki dövlətin ömrü qədər davam edəcəkdir”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Politoloqun fikrincə, İran dövlətinin ömrünün nə qədər olacağını proqnozlaşdırmaq çətindir: “Ali dini liderin atdığı addımlar, etdiyi çıxışların məzmununu təhlil etdikdə bəlli olur ki, İran xalqının və dövlətinin həqiqi sahibi bu subyektlər üçün ciddi təhlükə yarandığını dərk edir. M. Əhmədinejadın prezidentliyi dövründə hər iki subyektə qarşı təhlükə ciddi şəkildə real oldu. İran dövlətçiliyinin 33 ilinin son 8 ilinədək təhlükənin yaranmamasının yeganə səbəbi öz prinsiplərindən əl çəkməyən İranın müəyyən oyun qaydalarını da gözləməsi idi. Əhmədinejad beynəlxalq aləm üçün İran siyasətini isti və soyuqdan ibarət olan saunaya çevirdi. Əhmədinejadın hakimiyyətə gəlməsinin məsuliyyəti də Ali dini liderin boynundadır. İran prezidenti Əhmədinejadın Azərbaycana səfəri ərəfəsində bu fikirləri səsləndirmək bəlkə də lazım deyil, lakin İran təhlükəsi təkcə bu dövlətin özü üçün deyil, qonşuları, o cümlədən Azərbaycan Respublikası və azərbaycanlılar üçün böyük təhlükədir.

İranın 13 qonşusu var. İri şeylərə gücü çatmayan İran xırda sancmaları çox gözəl bacarır və Azərbaycana qarşı belə sancmaları bəllidir: Azərbaycan bayrağında rənglərin yerlərinin dəyişdirilməsi; Xəzər dənizinin “Mazandaran gölü” adlandırması və sair. İranda 15 qonşu söhbətinə də belə sancma prizmasından yanaşmaq lazımdır. İranın özünə qonşu hesab etdiyi digər iki dövlətin Rusiya və Qazaxıstan, yoxsa Qarabağ və Naxçıvan olmasını dəqiq demək çox çətindir. 13 və 15 rəqəmlərinə şiəlik üçün müqəddəs hesab olunan rəqəmlərin “+1” versiyası kimi baxsaq, daha yaxşı olar. Bu məsələyə bir azdan qayıdacağıq.

Ermənistanı çıxmaq şərti ilə 13 qonşusunun heç biri ilə normal münasibətə malik olmayan İranın qonşulara münasibətində bir xətt aydın görünür: İran həmişə müsəlmanların qənimi olmaq ideyasının daşıyıcısı olmuşdur. Bu dövlətin Azərbaycana qarşı düşmənçiliyinin əsasını təşkil edən ən birinci element də Azərbaycanın müsəlman olmasıdır.

İran tarixi boyu bir heç bir müsəlman dövlətinə yaxşılıq etməyib. Müstəqil Azərbaycan yaranan kimi İran Azərbaycana qarşı ənənəvi siyasətini apardı. Bizlər İranın apardığı siyasətin mahiyyətini çox gec başa düşdük. Azərbaycan xalqının böyük əksəriyyətinin şiə inanclı olması İranın düşmənçiliyini daha da artıran parametrdir.

Yəhudilər və ermənilər kimi, İran da “bir din, bir millət, bir dövlət” arzusundadır. Ermənilərin və yəhudilərin etnokonfessionallığının tərkib hissələri bəllidir. İranın başbilənləri şiə təriqətli, farsdilli İran dövləti yaratmaq istəyirlər. Ona görə də İran yəhudiləri söysə də, yəhudilərlə əməkdaşlıqdadır və əlaqələri də mövcuddur.
İran-Azərbaycan münasibətlərində Azərbaycan Respublikası tərəfdən heç bir daxili və xarici qüvvə araqarışdıran rolunda çıxış etmir. Vahid Azərbaycan ideyasının daşıyıcılarının Azərbaycan hökumətinə təsirləri yoxdur və Azərbaycan hökuməti müstəqil siyasət aparmaq qabiliyyətini kifayət qədər böyük xəzinə bildiyi üçün onu həm İrandan, Rusiyadan, ABŞ-dan, Türkiyədən, o cümlədən digər millət və dövlətlərdən qoruya bilib. İran-Azərbaycan münasibətlərində araqarışdıranlar yalnız İran tərəfindədir. Azərbaycanın daxilindəki bəzi çoxçalarlı antiazərbaycan qüvvələr də İranın balansındadır. İranın siyasi və media institutlarının fəaliyyətinin çox sadə kontent analizini aparılsa hər şey aydın olar. Müstəqil Azərbaycanda heç bir mətbu orqanı, qeyri-hökumət təşkilatı və ya dövlət strukturu ardıcıl antiiran kampaniya aparmayıb. Son dövrlər bəzi mətbu orqanlarının və analitik mərkəzlərin bu sahəyə daha çox diqqət yetirməsi isə İranın fəaliyyətinə qarşı cavab reaksiyasıdır.

ABŞ və İsraillə əlaqəli məsələlər İranın əlində Azərbaycana qarşı düşmənçilik siyasətində bəhanədir. ABŞ və İsrailin Ermənistanla əlaqələri Azərbaycanla əlaqələrə nisbətən daha dərin məzmunludur. ABŞ-ın dünyada iki ən böyük səfirlik binaları İranın qonşuluğundadır. İraqda ABŞ səfirliyinin binasının ən böyük olmasının mahiyyətini bəlkə də ayrı şeylərlə yozmaq mümkündür. İran prizmasından Ermənistanın hər üç qonşusu (Türkiyə, Azərbaycan və Gürcüstan) ABŞ-ın müttəfiqləridir. Belə olan təqdirdə, ABŞ-ın Ermənistanda böyüklüyünə görə ikinci səfirlik binasını tikməsinin izahı üçün antiiran mahiyyətli fikirlərdən başqa heç nə real görünmür.

Müstəqillik illərində ABŞ Ermənistana təxminən 2 milyard dollara yaxın yardım etmişdir. İranın da Ermənistana bu dövrdə etdiyi yardımlar təxminən 2 milyard dollardır. Lakin İranın yardımları Ermənistanı ən azı üç dəfə ölüm cəngindən qurtarıb.

İranın antiazərbaycançılığı Əhmədinejadın dövründə həm də antiirançılığa çevrildi. Əgər İranla Azərbaycan arasında neft-qaz kəmərlər şəbəkəsi və digər birgə enerji layihələri olsaydı, SWAP mexanizmini işə salmaq üçün lazım olan mexanizmlər reallaşdırılsaydı, Qərbin İrana qarşı təzyiq mexanizmi tamam əhəmiyyətini itirəcəkdi. İran rəhbərliyi bu mexanizmlərə getmədilər. Bu işləri Ermənistanla qurmağa çalışırlar. Nəticə göz qabağındadır: Azərbaycan İranla əlaqələrin zəiflədiyi dövrdə də inkişaf edir. İranla Ermənistan arasında siyasi, ticari əlaqələrin artmasına baxmayaraq hər iki dövlət böhrana tərəf irəliləyir.

İran-Ermənistan dostluğu erməniləri ABŞ konqresmenləri üçün mötəbər mənbəyə çevirdi. Bu mötəbər mənbə konqresmenləri İran-Azərbaycan düşmənçiliyinə inandıra bildirdilər. Ona görə də bəluc və kürd məsələsi ilə məşğul olan konqresmenlər qrupu İrandakı azərbaycanlılar məsələsini də gündəliyə gətirdilər.

İranın Azərbaycana düşmənçiliyinin bizim üçün düşərli oldu. Kifayət qədər ciddi proseslər gedir: İran-Ermənistan dostluğu və İranın “Avroviziya” Mahnı Müsabiqəsi dövründə davranışı Vahid Azərbaycan məsələsini mayalandırdı, rüşeym inkişafdadır. Azərbaycanın müstəqilliyi dövründə İran-Azərbaycan münasibətlərinə baxarkən, şükür edirsən ki, İran Azərbaycana yaxşılıq etməyib. Belə ehtimali yaxşılığı biz dansaydıqsa da, yaxşılıq nə zamansa bizi vuracaqdı. İndi İranın qarşısında duran əsas məsələ Azərbaycana dost olduğunu sübut etməkdir. Hətta Ali dini liderin bəyanatı da bunun öhdəsindən gələ bilməyəcək. Ortada ciddi praktiki addımlar olmalıdır və bu addımlar təcili atılmalıdırlar. İranın Aərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə üzbəüzdə “Xüdafərin” Azad Ticarət zonaları yaratmaq niyyətini də nəzərə alsaq bu kontekstdə yeganə variant Aslandüz-Culfa ərazisinin Azərbaycan Respublikasına uzunmüddətli icarəyə verilməsi və ya bağışlanması təklifilə çıxış etməsi müəyyən effekt yarada bilər. O zaman İran üzərində plan quran dövlətlər, mərkəzlər susmaq məcburiyyətində qalacaqlar; qalan bütün variantlar cəfəngdir. Aslandüz-Culfa ərazisində Azərbaycan hansısa formada mülkiyyət hüququ əldə etdikdən sonra, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi şərti ilə Ermənistanın da daxil olduğu çoxtərəfli Azad Ticarət Zonası yaratmaq ideyasını müzakirə etmək olar. Bu İran üçün daha faydalıdır. Ermənistanın İran üçün təhlükəsi neytrallaşır, İran Ermənistan üzərində real rıçaq əldə etmiş olur.
Ticari-iqtisadi əlaqələrdə artım da ola bilər, siyasi əlaqələrdə gərginlik azala da bilər, lakin bunlar bu ideyasız heç bir effekt verməyəcəkdir.

Qayıdaq, 13 və 15 rəqəminə. İçərisində Meğrinin də daxil olduğu Culfa-Aslanduz ərazisini İran Azərbaycana bağışlamaqla qonşularının sayını bir ədəd azaldır. 15-dirsə, 14-ə düşür: 14 məsum İranda ən müqəddəslərdəndirlər. Yox, əgər İranın qonşularının sayı 13-dürsə, bir ölkə azaldıqda alınan 12 rəqəmi İranın və Azərbaycanın on iki imamçılığının tərənnümçülüyüdür. Həm də İran digər aparıcı müsəlman dövlətləri kimi yalnız müsəlman dövlətlərinin əhatəsində olur. Əhmədinejadın dövründə bu ideyanın reallaşması İranın dirçəlməsi qədər müşkül məsələdir. Belə ki, Əhmədinejad Ermənistanda olarkən, İran-Ermənistan coğrafiyasının dəyişməyəcəyinə vəd verdi, bu ölkələri eyni mədəniyyətin daşıyıcısı elan etdi. Əhmədinejad İranla Ermənistan arasında “bir millət, iki dövlət” siyasi kursunu aparır. Əhmədinejaddan sonra bu ideyanın reallaşması mümkündür, amma o zamana İranın vəziyyəti necə olacaq, Allah bilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR